David (Mikelancelo)

David
Xəritə
Ölkə İtaliya İtaliya
Yerləşir Florensiya
Heykəltaraş Mikelancelo
Tikilib 1500[1]
Hündürlüyü 5,17 m
Material ağ mərmər
Saxlanıldığı yer Galleria dell'Accademia Florensiya
İnventar nömrəsi 1076[1]
Sayt galleriaaccademiafirenze.it/…
vam.ac.uk/articles/the-s…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft)[2] hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan[3], Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur.

Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir.[4] 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur.

  1. 1 2 https://www.galleriaaccademiafirenze.it/opere/david/.
  2. Əksər mənbələr "David" heykəlinin hündürlüyünü düz göstərmir və bu yanlışlıq incəsənət tarixi ilə bağlı bir çox ədəbiyyatlarda özünə yer tapıb. Heykəlin dəqiq ölçüləri yalnız 1998–1999-cu illərdə Stanford Universitetindən bir qrup elm adamının heykəli tədqiq edərək 3D şəkillərini çəkməsindən sonra müəyyənləşdirilmiş, heykəlin o vaxta qədər bütün ədəbiyyatlarda qeyd ediləndən daha hündür olduğu qeyd edilmişdi. Bax [1] Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine[2] Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine
  3. Nümunə üçün, Donatellonun iki versiyada işlədiyi David; Verrokkionun tunc Davidi; Domeniko Girlandayonu "David" rəsm əsəri; və Bartolomeo Bellanonun yunc Davidi
  4. Bu fikir ilk dəfə Saul Levine "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, The Art Bulletin 56 (1974): 31–49 mənbəsində nəşr edilmişdir. Həmçinin bax: J. Huston McCulloch, David: A New Perspective Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine, (2007) accessed 15–06–2013

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search